Amazon Böyük Britaniyada onlayn avtomobil satışı üçün nəzərdə tutulmuş Amazon Autos xidmətini işə salmaq niyyətindədir. Planlara görə, gələn ilin əvvəlindən ölkə sakinləri bu platforma vasitəsilə həm yeni, həm də işlənmiş avtomobillər ala biləcəklər.

Beləliklə, Amazon Autos xidməti ilk dəfə olaraq ABŞ-dan kənara çıxacaq. Böyük Britaniyada layihə Hyundai ilə əməkdaşlıqda həyata keçiriləcək. Bundan əlavə, alıcılar ölkənin müxtəlif bölgələrində yerləşən 200 avtosalonda təklif olunan platformalı avtomobillər vasitəsilə sifariş edə biləcəklər.

Amazon həmçinin gələcəkdə avtomobil satışı ilə məşğul olan digər şirkətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Xidmətin digər özəlliyi isə müştərilərin öz avtomobillərinin bazar dəyərini müəyyən edə bilmələri olacaq.

Hazırda Amazon Autos platformasında 35 markalı avtomobil var. Yeni xidmətin istifadəyə verilməsi şirkətin avtomobil ticarəti bazarında beynəlxalq fəaliyyəti genişləndirmək istiqamətində atdığı mühüm addımlardan biri olacaq.