Lebap vilayətində 2026-cı ilin yanvar-avqust aylarında pambıq lifi istehsalı 44,8 min tona çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 min ton çox, istehsalın artım tempi isə 33,6 faiz təşkil edib. Bu barədə “Türkmən gündoğarı” qəzeti məlumat yayıb.

Hesabat dövründə rayon fermerləri 174,2 min ton tərəvəz yetişdirmişlər. Kartof istehsalı 109,9 min tona, bostan məhsulları istehsalı isə 132,1 min tona çatıb.

Üzüm istehsalında da artıma nail olunub. Əgər 2025-ci ilin səkkiz ayında 4,8 min ton üzüm istehsal edilmişdisə, cari ilin müvafiq dövründə bu rəqəm 5,3 min ton olmuşdur. Meyvə istehsalında da müsbət nəticələr qeydə alınıb.

Vilayətdə heyvandarlıq sahəsində də istehsal göstəriciləri yüksəlmişdir. İlin səkkiz ayında diri çəkidə 104,4 min ton ət, 453,2 min ton süd istehsal edilmişdir.

Yumurta istehsalında da artım templəri qeyd olunub. Hesabat dövründə 191,3 milyon ədəd yumurta istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 milyon ədəd və ya 4,3 faiz çoxdur.

Bundan əlavə, vəlayətdə təsərrüfatlarda dəvələrin sayı 5,9 min başa çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb.

İstehsal göstəricilərinin yüksəlməsi Lebap vilayətində kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələrində işlərin ardıcıl davam etdirilməsindən xəbər verir.